UEFA Ronaldoya iş açdı
UEFA “Yuventus”un futbolçusu Kriştiano Ronaldoya iş açıb.
Komanda.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında “Atletiko”yla oyunda (3:0) qol vurduqdan sonra bunu qeyri-etik davranışla qeyd edən Ronaldoya iş açılıb. Bu barədə UEFA-nın saytı məlumat yayıb.
Bundan əvvəl “Atletiko” “Yuventus” arasındakı ilk matçda qeyri-etik jestləriylə yadda qalan Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeoneyə də iş açılmış və 20 min avro məbləğində pul cəzası verilmişdi.
“Yuventus” ilk oyunda səfərdə “Atletiko”ya 0:2 hesabıyla uduzsa da, cavab matçında 3:0 hesablı qələbə qazanaraq, ÇL-də 1/4 finala yüksəlib. Turin təmsilçisi bu mərhələdə Hollandiya “Ayaks”ı ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin