UEFA “Roma”nı 5 milyon avro cərimə edib
“Roma” klubu maliyyə feyr-pleyinə əməl etmədiyinə görə UEFA-ya təxminən 5 milyon avro cərimə ödəyəcək.
Komanda.az “CalcioMercato”-ya istinadən xəbər verir ki, iyunun 30-na kimi “Roma” 26 milyon avroya yaxın kapital qazancı əldə edə bilib. Balansı yüz faiz təmin etmək üçün kluba 28 milyon avrodan bir qədər çox kapital qazanc əldə etmək lazım idi. Nəticədə, UEFA paytaxt klubunu 5 milyon avroya yaxın cərimələyib.
Maliyyə feyr-pleyinin daha ciddi şəkildə pozulması halında cərimə 50 milyon avroya qədər ola bilər. Bundan əlavə, “Roma” iştirak ərizəsindəki oyunçuların sayının 25-dən 23-ə endirilməsi və ya avrokuboklarda iştirak qadağası ilə üzləşə bilər.
Kapital qazanmaq üçün “Roma” Benjamin Tahiroviç, Castin Klyuvert, Kristian Volpato, Filippo Missori, Ruben Providens və Karles Peresi satmalı olub. Nikola Zalevski və Rocer İbanez üçün də təkliflərin olduğu bildirilir. Lakin klub daha futbolçu satmamaq qərarına gəlib və cəriməni ödəməyi seçib.
Bizi Facebook-da izləyin