UEFA reytinqində Azərbaycanın mövqeyi
Avrokubokların qrup mərhələsinin 1-ci turunun son günündə 32 oyun keçirilib.
Komanda.az xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlardan sonra UEFA reytinqi açıqlanıb.
Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzub. Bu üzdən ölkəmizin əmsalı dəyişməz qalıb.
Azərbaycanın mövqeyi də dəyişməyib. 14,625 xala malik ölkəmiz Avropada 29-cu pillədə qalıb. Bu xalların 2,000-si cari mövsümdə əldə edilib.
Baş tutan qarşılaşmalar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub. “Top-10”da Belçika Avstriyanı keçib.
Türkiyə də irəliləyib. Onlar İsraili keçərək 20-ci yerə yüksəlib.
Siyahıya 90,284 xalla İngiltərə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin