UEFA reytinqi: “Qarabağ” Azərbaycanın əmsalını artırdı

*Qarabağ” UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

Komanda.az xəbər verir ki, bu, “köhlən atlar”ın Çempionlar Liqasının 2-ci turunda evdə Danimarkanın “Kopenhagen” klubunu məğlub etməsi (2:0) ilə mümkün olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).

İngiltərə (97.116) UEFA reytinqində birincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button