UEFA reytinqi: “Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

Komanda.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının 2-ci turunda Fransa “Nant”ı üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 2.500-ə, son 5 mövsümdə isə 15,125-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Slovakiyanın 17,000 xalı var.

“Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos”un Yunanıstanda Almaniya “Frayburq”una 0:3 hesabı ilə uduzması səbəbindən, Yunanıstan 24,725 xalla 20-ci pilləyə enib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button