
UEFA reytinqi: Azərbaycanın izləyicilərindən biri dəyişib
Azərbaycanın UEFA reytinqindəki izləyicilərindən biri dəyişib.
Komanda.az xəbər verir ki, bu, avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra olub.
Əmsalını 18.375-ə çatdıran və hazırda qitə turnirlərində üç təmsilçisi qalan Bolqarıstan 29-cu pilləyə yüksəlib. Onlar UEFA yarışlarına buraxılmayan Rusiyanı (18.299) keçiblər.
Azərbaycan (19.250) 28-ci mövqedə qalıb. Ukrayna (19.725) isə 27-ci sıradadır.
Bu həftə “Qarabağ” Çempionlar Liqasında, Bakıda Şimali Makedoniya “Şkendiya”sını 5:1 (ilk oyun – 1:0) hesabı ilə üstələyib. Komanda pley-offda Macarıstanın “Ferentsvaroş” klubuna rəqib olub.
“Sabah” və “Araz-Naxçıvan” isə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. Bakı təmsilçisi evdə Bolqarıstanın “Levski” (Sofiya) komandasına 0:2 (ilk oyun – 0:1), Naxçıvan klubu Kiprdə “Omoniya”ya 0:5 (ilk oyun – 0:4) hesabı ilə uduzub.
Bizi Facebook-da izləyin



