UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırdı

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Komanda.az xəbər verir ki, bu, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparan klublarımızın cavab oyunlarında əldə etdiyi uğurlu nəticələr sayəsində mümkün olub.

Belə ki, “Qəbələ” və “Neftçi” evdə müvafiq olaraq, Macarıstan “Fehervar”ına (2:1) və Kipr “Aris”inə (3:0) qalib gəlib. Digər təmsilçimiz “Zirə” isə İsraildə “Makkabi” (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəyə nail olub. 3 komanda birlikdə Azərbaycanın aktivinə daha 0.625 xal gətirib. Bunun hərəyə 0.250 xalı “ağ-qaralar”la “qırmızı-qaralar”ın, 0,125 xalı isə “qartallar”ın payına düşüb.

Azərbaycan bu mövsüm üzrə xal sayını 1.250-yə, son 5 mövsüm üzrə 13.875-ə çatdırsa da, 29-cu pillədə qalıb. 28-ci pillədə 15.125 xala malik Polşa qərarlaşıbsa, bizi 12.375 xalı olan Sloveniya izləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button