UEFA reytinqi: Azərbaycanın qazancı və mövqeyi bəlli oldu

Azərbaycanın UEFA reytinqində 2022/23 mövsümü üçün qazancı müəyyənləşib.

Komanda.az xəbər verir ki, avrokuboklardakı sonuncu təmsilçimiz “Qarabağ”ın mübarizəni dayandırmasından sonra mövsümü 4.000 xalla başa vuracağımız dəqiqləşib.

Azərbaycan son beş mövsümün yekunlarına əsasən hesablanan reytinq siyahısında 16.625 xalla 29-cu pillədə qərarlaşıb. Ölkəmizin cari mövsümü elə bu pillədə başa vuracağı şübhə doğurmur. Çünki 30-cu olan Qazaxıstanın 12.625 xalı var və heç bir təmsilçisi mübarizəni davam etdirmir. Reytinqdə bizdən aşağı pillələrdə qərarlaşan ölkələrdən yalnız Moldovanın bir klubu – “Şerif” avrokuboklarda çıxışını davam etdirir. Ancaq bu, 32-ci yerdə qərarlaşan moldovalıların (12.250 xal) Azərbaycanı qabaqlaması üçün kifayət etməyəcək. Azərbaycandan öndə isə iki ölkə – 19.250 xala malik Polşa və Slovakiya qərarlaşıb. Hansı ki, hər ikisinin bir təmsilçisi mübarizəni davam etdirir.

Reytinq cədvəlinə 103.855 xala malik İngiltərə başçılıq edir. İspaniya (89.712) ikinci, Almaniya (80.606) üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button