
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
Komanda.az xəbər verir ki, ötən gün Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda Niderlandın “Ayaks” klubuna 0:3 hesabı ilə məğlub olan “Qarabağ” ölkənin əmsalını artıra bilməyib.
28-ci pillədə olan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir. Reytinq cədvəlində Azərbaycanla eyni əmsala malik Bolqarıstan 27-ci yerdə qərarlaşıb.
55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (94.303) başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin