UEFA reytinqi: Azərbaycanın izləyicilərindən biri dəyişib

Azərbaycanın UEFA reytinqindəki izləyicilərindən biri dəyişib.

Komanda.az xəbər verir ki, bu, avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra olub.

Əmsalını 18.375-ə çatdıran və hazırda qitə turnirlərində üç təmsilçisi qalan Bolqarıstan 29-cu pilləyə yüksəlib. Onlar UEFA yarışlarına buraxılmayan Rusiyanı (18.299) keçiblər.

Azərbaycan (19.250) 28-ci mövqedə qalıb. Ukrayna (19.725) isə 27-ci sıradadır.

Bu həftə “Qarabağ” Çempionlar Liqasında, Bakıda Şimali Makedoniya “Şkendiya”sını 5:1 (ilk oyun – 1:0) hesabı ilə üstələyib. Komanda pley-offda Macarıstanın “Ferentsvaroş” klubuna rəqib olub.

“Sabah” və “Araz-Naxçıvan” isə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. Bakı təmsilçisi evdə Bolqarıstanın “Levski” (Sofiya) komandasına 0:2 (ilk oyun – 0:1), Naxçıvan klubu Kiprdə “Omoniya”ya 0:5 (ilk oyun – 0:4) hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button