UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu

Avrokubokların 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Komanda.az xəbər verir ki, Azərbaycan 13.625 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

“Qarabağ”ın İsraildə Konfrans Liqası çərçivəsində “Aşdod” üzərindəki qələbəsi (1:0) ölkəmizin aktivinə daha 0.250 xal qazandırıb.

Daha əvvəl “Neftçi” 0.500, “Sumqayıt” isə 0.125 xal gətirib. Bununla da cari mövsümdə Azərbaycan təmsilçilərinin qazancı 1.000-ə çatıb.

Azərbaycandan öndə qərarlaşmış Sloveniyanın hesabında 14.125 reytinq xalı var. Ölkəmizi 13.500 xalla Polşa izləyir.

Qeyd edək ki, siyahıya 87.926 xalla İngiltərə başçılıq edir. İspaniya (80.570) ikinci, İtaliya (63.473) isə üçüncüdür.