“Pandemiya bu şəkildə davam etsə…” – UEFA rəsmisi

UEFA-nın İcraiyyə Komitəsinin üzvü Lars-Krister Olsson koronavirus pandemiyasının futbola təsiri ilə bağlı danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər komitənin rəhbəri kimi çalışmış Olsson, pandemiyanın təsiri ilə bağlı bunları deyib:

“Pandemiyanın beynəlxalq oyunlara iki-üç il təsir göstərəcəyini düşünürəm. Turnirlər bir ildən digərinə təxirə salınır, bu da təqvimdə problemlərə səbəb olur. Pandemiya bu şəkildə davam etsə, növbəti illərin futbol təqviminə də təsir göstərəcək. UEFA-nın liqalarla bağlı nə qərar verəcəyini demək çətindir. İndi gözləməli və vəziyyətin işə necə təsir edəcəyini görmək lazımdır”.

Qurum rəsmisi, Çempionlar Liqası və Avropa Liqası oyunlarını avqustda keçirmək ehtimalını da dəyərləndirib:

“Bu ehtimal mümkün olsa, əla olar. Çünki bu zaman turnirlərdə mövsümün sonunu qoruya biləcəyik. Bunlarla bağlı qərarları ən azından mayın sonuna qədər qəbul etməliyik, çünki digər halda, yeni mövsüm üçün klubları müəyyənləşdirmək mümkün olmayacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button