UEFA rədd cavabı versə də, “Qarabağ”ın oyununda sükut olacaq

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Fransanın “Nant” klubu ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi sabah keçiriləcək matçdan öncə Azərbaycan və Ermənistan arasındakı hərbi münaqişədə şəhid olan həmvətənlərimizlə bağlı 1 dəqiqəlik sükut elan edilməsi ilə üçün UEFA-ya müraciət etmişdi.

UEFA bu müraciətə müsbət cavab verməyib. Belə ki, qitə futbol qurumundan klubun narahatlığının başadüşülən olduğu, amma bunun futbolla əlaqəli olmadığı bildirilib.

Buna baxmayaraq, azarkeşlər öz təşəbbüsü ilə arenada 1 dəqiqəlik sükut edəcəklər. Bu barədə fanatların yaydığı açıqlamada bunlar qeyd olunub:

“Qarabağ” – “Nant” matçında şəhidlərin xatirəsini yad etmək məqsədi ilə hər kəsdən start fitindən sonra 1 dəqiqəlik ayaq üstdə sükut etməyi xahiş və tələb edirik. Şəhidlər ölməz, vətən bölünməz!”

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək “Qarabağ” – “Nant” matçına saat 20:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button