UEFA qərar verəcək: “Barselona” ÇL-dən uzaqlaşdırıla bilər
UEFA iyun ayına qədər “Barselona”nın Çempionlar Liqasının (ÇL) 2023/24 mövsümündə iştirakı ilə bağlı qərar qəbul etməyi planlaşdırır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, təşkilat etika komitəsinin müstəntiqləri Jan-Samuel Leuba və Mirjan Kollerin Kataloniya klubuna qarşı korrupsiya işi ilə bağlı tez araşdırma aparmasını istəyir. UEFA prosesi uzatmaq istəmir. Çünki “Barselona” prosesi təxirə salmaq və növbəti Çempionlar Liqasında iştirak etmək üçün əvvəlcə UEFA Apellyasiya Məhkəməsinə, sonra isə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.
Daha əvvəl UEFA “Barselona”nın İspaniyanın Hakimlər Komitəsinin vitse-prezidenti olmuş Xose Mariya Enrikes Neqreyraya pul ödəməsi ilə bağlı korrupsiya qalmaqalı üzrə araşdırmaya başladığını elan edib. İspaniya La Liqası rəhbərliyinin Kataloniya klubu ilə bağlı FİFA-ya şikayət göndərə biləcəyi də bildirilirdi.
“Barselona”nın İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Neqreyraya məxsus “DASNIL 95”-ə 1,4 milyon avro ödədiyi bildirilir.
Bizi Facebook-da izləyin