UEFA “Qəbələ”nin iştirak edəcəyi turnirin formatını dəyişdi
UEFA İcraiyyə Komitəsi Gənclər Liqası ilə bağlı yeni formatı təsdiqləyib.
Komanda.az xəbər verir ki, 2020/21 mövsümü 1/16 final mərhələsindən olimpiya sistemi ilə keçiriləcək və qalib 1 oyunla müəyyənləşəcək.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bu qərar pandemiya səbəbindən yarışın təşkilindəki çətinliklər və azyaşlı oyunçuların mövcud şəraitdə səyahət etmək istəməməsi ilə əlaqələndirilib. Bu raundun oyunları 2021-ci ilin martında olacaq. Digər detallarla bağlı qərar İcraiyyə Komitəsinin növbəti iclasında veriləcək.
Qeyd edək ki, Azərbaycanı UEFA Gənclər Liqasının cari mövsümündə “Qəbələ”nin U-19 komandası təmsil edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin