UEFA “Qarabağ”ın şikayətini rədd etdi
UEFA “Qarabağ” klubunun mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti rədd edilib. Bununla da, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib.
İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə də müraciət olunub.
Nurlan İbrahimov ermənilərin Bərdədə törətdiyi terror aktının təsiri altında “facebook” səhifəsində düşmənə nifrət tonlu paylaşım etmişdi. UEFA İbrahimovu bu paylaşımına görə futboldan ömürlük kənarlaşdırmış, klubu 100 min avro cərimələmişdi.
İbrahimov 2006-cı ildən çalışdığı “Qarabağ” klubundan yanvarın 19-da ayrıldığını açıqladı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin