UEFA “Qarabağ”ın məşqçisi və futbolçusu ilə bağlı qərarını açıqlayıb
UEFA İntizam Komitəsi Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovla bağlı qərarını açıqlayıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, həm futbolçuya, həm də məşqçiyə 1 oyunluq cəza verilib.
Komandanın hər iki üzvü Avropa Liqasının 1/8 finalında “Bayer”ə (Almaniya) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.
UEFA həmçinin sarı vərəqə limitini dolduran Julio Romaonun da 1 oyunluq cəzaya məruz qaldığını açıqlayıb.
Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab görüşü isə bundan bir həftə sonra Leverkuzendə keçiriləcək.
Bizi Facebook-da izləyin