
UEFA-nın “Qarabağ” haqda reportajı – VİDEO
UEFA, Avropa Liqasında çıxış edən “Qarabağ”la bağlı reportaj hazırlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təxminən 8 dəqiqəlik video-çarxda “köhlən atlar”ın ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində çıxışından, həmçinin, 2017/2018-ci ildə Çempionlar Liqasının qrupunda oynayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşməsindən söz açılıb.
UEFA-nın həftəlik jurnalında baş məşqçi Qurban Qurbanov, futbolçular – Maksim Medvedev və Riçard Almeydanın müsahibələri də yer alıb.
G qrupunda çıxış edən “Qarabağ” növbəti oyununu 5-ci turda Fransada “Nant”a qarşı keçirəcək. Hazırda 7 xalı olan Ağdam təmsilçisinə pley-offa çıxmaq üçün 1 xal da kifayət edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin