UEFA “Qarabağ”a intizam işi açdı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiya “Dandalk”ı ilə keçirdiyi cavab matçına görə “Qarabağ”a qarşı intizam işi açıb.

Komanda.az xəbər verir ki, buna səbəb iyulun 31-də “Dalğa Arena”da keçirilmiş qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsidir. Bu məsələyə avqustun 22-də baxılacaq (Report).

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiya “Dandalk”ını iki oyunun nəticəsinə görə məğlub edərək (ilk oyun 1:1, cavab oyunu 3:0), növbəti mərhələyə yüksəlib. “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində Kipr APOEL-i ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun bu gün, saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button