UEFA “Qarabağ”a 1,5 milyon avro ayırdı

UEFA “Qarabağ” klubuna 1 milyon 516 min avro ödəniş edib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu məbləğ Azərbaycan çempionunun 2023/2024 mövsümünda Avropa Liqasının qrup mərhələsində keçirdiyi son iki oyunda əldə etdiyi nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar verilib.

Ağdam klubu qələbəyə görə 630 min avro, bərabərlik üçün 210 min avro alıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnirin pley-off mərhələsinə yüksəldiyindən 550 min avro, performans bonusu olaraq isə 126 min avro gəlir əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button