“Qəbələ”yə 25000 avro
UEFA “Qəbələ” klubuna U-19 komandasının Gənclər Liqasında iştirakına görə ödəniş edib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Gənclər Liqasının cari mövsümünün ödəniş siyasətinə uyğun olaraq, qeyd olunan turnirdə müvafiq komandası iştirak etmiş “Qəbələ” klubunun hesabına səyahət və yerləşmə ödənişi olaraq 25000 avro vəsait UEFA tərəfindən AFFA-nın vasitəçiliyi ilə köçürülüb.
“Qəbələ”nin U-19 komandası bu mövsüm UEFA Gənclər Liqasının 1-ci mərhələsində APOEL-ə məğlub olaraq, mübarizəni dayandırıb (ilk oyun 1:1, cavab oyunu 0:1).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin