UEFA “Mbappe işi” ilə bağlı məsələyə baxmayacaq
UEFA PSJ-nin bütün lazımi sənədləri almadığı üçün “Real”ın hücumçusu Kilian Mbappeyə olan borcu ilə bağlı işə baxmağı planlaşdırmır.
Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
Daha əvvəl parislilərin Klubların Lisenziyalaşdırılması və Maliyyə Sabitliyi Qaydalarının pozulması ilə əlaqədar UEFA-nın sanksiyalarına məruz qala biləcəyi barədə məlumat yayılmışdı. Buna əsasən, avrokubok turnirlərində iştirak edən klubların iyuldan etibarən işçilərə heç bir borcu olmamalıdır.
PSJ-nin keçmiş hücumçusu Mbappe ötən yaydan “Real”da çıxış edir. 26 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 14 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin