UEFA prezidentindən ingilislərə çağırış
UEFA prezidenti Aleksandr Çeferin İngiltərəni liqa kuboku turnirindən imtina etməyə çağırıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, qurum rəhbəri, təqvimdəki sıxlığı aradan qaldırmaq üçün bu addımı atmağı məsləhət görüb:
“Artıq Fransada liqa kuboku yarışları keçirilməyəcək. Bu turniri təşkil edən ölkələrdən yalnız İngiltərə qalıb. Düşünürəm ki, bu turnirdən imtina etməyin daha yaxşı olacağını hamı bilir. Problem ondadır ki, bu yarış vasitəsilə yaxşı vəziyyətdə olmayan bir çox klub maliyyələşir. Bunları başa düşürəm. Bilirəm ki, ingilislər əsrlər boyu aktual olan ənənələrə sadiqdirlər”.
İngiltərə klubları həm Federasiya kuboku, həm də liqa kuboku yarışında mübarizə aparırlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin