UEFA prezidenti ilə görüşdü – “Barselona”nın “təmiz” olduğuna inandırmaq üçün

“Barselona”nın prezidenti Xuan Laporta Kataloniya klubunun hakim rüşvət işi ilə bağlı UEFA-nın rəhbəri Aleksander Çeferinlə görüşüb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Laporta Çeferinə izah edib ki, “Barsa” heç vaxt hakimlərə rüşvət verməklə məşğul olmayıb. Laportanın UEFA-nı buna inandırması vacibdir, çünki Kataloniya təmsilçisi avrokuboklardan kənarlaşdırılmaqla hədələnir.

“Barselona”nın İspaniya Kral Futbol Federasiyasının hakimlər texniki komitəsinin keçmiş vitse-prezidenti Neqreyraya məxsus “DASNIL 95″ə 1,4 milyon avro ödədiyi bildirilir. Daha əvvəl UEFA “Barselona”nın Neqreyraya ödənişlərlə bağlı korrupsiya qalmaqalı üzrə araşdırmaya başladığını elan etmişdi. İspaniya La Liqasının rəhbərliyinin Kataloniya klubu ilə bağlı FİFA-ya şikayət edə biləcəyi də bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button