UEFA prezidenti “Barselona”nın işinin çox ciddi olduğunu bildirib – Rüşvətə görə
UEFA prezidenti Aleksander Çeferin “Barselona”nın hakimlərə rüşvət verməkdə və nəticələrə təsir etməkdə ittiham olunması məsələsi haqda danışıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Çeferin, məsələnin çox ciddi olduğunu bildirib:
“Mən iki səbəbə görə bu barədə birbaşa şərh verə bilmərəm. Əvvəla, ona görə ki, belə məsələlərlə bağlı bizim müstəqil intizam komitəmiz var. İkincisi, ona görə ki, mən bu məsələnin araşdırılmasında dərindən iştirak etməmişəm.
Bununla belə, bir şeyi deyə bilərəm: Vəziyyətin çox ciddi olduğunu başa düşdüm. O qədər ciddi ki, futbolda indiyə qədər gördüyüm ən ciddi məsələlərdən biridir.
La Liqa səviyyəsində, əlbəttə ki, işin araşdırılması vaxtı keçib və heç bir nəticə verə bilməz. Lakin İspaniyada mülki prokurorluq səviyyəsində proses davam edir. UEFA üçün isə zamanla bağlı heç nə məhdudiyyət yoxdur.
“Barselona” cəzalandırılacaqmı və bu işin klub üçün hansısa bir nəticəsi olacaqmı? Mən buna cavab verə bilmərəm və vermək də istəmirəm”.
Bizi Facebook-da izləyin