UEFA prezidenti: “Almaniya hamı üçün ən yaxşı nümunə olacaq”
UEFA prezidenti Aleksander Çeferin Almaniya Bundesliqasında 2019/20 mövsümünün tezliklə bərpa olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Komanda.az xəbər verir ki, sloveniyalı funksioner, qurumun rəsmi saytına açıqlamasında, bunun əla xəbər olduğunu söyləyib:
“Almaniya hökumətinin belə bir qərar verməsi sevindiricidir. Bu qərar futbol federasiyası və siyasətçilər arasındakı konstruktiv dialoqun nəticəsidir. Əminəm ki, həyəcan, duyğu və gözlənilməzliyi ilə futbolun həyatımıza qayıdışı ilə əlaqədar Almaniya hamımız üçün ən yaxşı nümunə olacaq. Bundesliqanın bərpası insanlara nikbinlik verəcək”.
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Almaniya Bundesliqası mayın 16-da “Borussiya” (Dortmund) – “Şalke” derbisi ilə bərpa olunacaq.
Bizi Facebook-da izləyin