UEFA prezidenti dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirdi
UEFA prezidenti Aleksander Çeferin dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib.
Komanda.az xəbər verir ki, qurumun rəhbəri, mundialın əvvəlki qaydada – 4 ildən bir keçirilməsinin daha məqsədəuyğun olduğunu söyləyib:
“Dünya çempionatının maraqlı olması üçün dörd ildən bir keçirilməlidir. İki ildən bir təşkil olunsa, qadın futbolu, Olimpiya Oyunları və digər idman yarışları arxa planda qalacaq. Mundialın iki ildən bir keçirilməsi ideyası düzgün deyil.
Dünya çempionatı ən böyük futbol hadisəsidir və dörd ildən bir keçirilməlidir. Azarkeşlərin 75 faizi yarışın iki ildən bir təşkilinə qarşıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin