UEFA ötən mövsümün ən yaxşılarını açıqladı
Ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema layiq görülüb.
Qalibin adı Türkiyənin İstanbul şəhərində keçirilən qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.
Fransalı forvard səsvermədə Madrid klubundakı komanda yoldaşı – belçikalı qapıçı Tibo Kurtua və İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Kevin de Bruyneni qabaqlayıb.
“Real”ın baş məşqçisi Karlo Ançelotti isə ötən mövsümün ən yaxşı baş məşqçisi seçilib. O, səsvermədə İngiltərənin “Mançester Siti” klubundakı həmkarı Xosep Qvardiola və “Liverpul”un “sükanı arxasında” olan Yurgen Kloppu qabaqlayıb.
Ötən mövsümün ən yaxşı qadın futbolçusu və məşqçisi də müəyyənləşib. Ən yaxşı futbolçu adına İspaniya “Barselona”sının yarımmüdafiəçisi Aleksiya Putelyas layiq görülüb. O, səsvermədə İngiltərə “Arsenal”ının hücumçusu Bet Mid və Almaniya “Volfsburq”unun forvardı Lena Oberdorfu qabaqlayıb.
Mövsümün ən yaxşı qadın məşqçisi isə İngiltərə yığmasına başçılıq edən Sarina Viqman seçilib.
Bizi Facebook-da izləyin