
UEFA rəsmisindən ofsayd qaydasında mümkün dəyişikliklə bağlı açıqlama
UEFA-nın baş katibi Corco Marketti ofsayd qaydasının tezliklə dəyişə biləcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın ali futbol qurumunun rəsmisi bunu deyib:
“Bir millimetr ofsayd qollara icazə verilməməsinə səbəb ola bilər. Biz yalnız bədənin əhəmiyyətli hissələrini nəzərə alan dəyişikliyi nəzərdən keçiririk. Bu, bir neçə santimetrə görə mübahisəli vəziyyətlərdən qaçmağa kömək edəcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



