UEFA-nın yeni reytinqi

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin Moldova “Speranta”sı üzərində 6:0 hesablı qələbəsi Azərbaycana 0,250 xal qazandırıb. “Səbail”in isə “Universitatya Krayova”ya uduzması (2:3) Azəbaycanın xalına təsir etməyib.

Azərbaycan son 5 mövsümdəki xallarının sayını 16,25-yə çatdırıb və 26-cı sıradakı mövqeyini qoruyub. Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 17.375 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button