Reytinq: “Real” 1-ci, “Barselona” 11-cidir

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlanan reytinq cədvəlində birinci yeri “Real” tutub.

İkinci yerdə “Mançester Siti” qərarlaşıb, ilk üçlüyü isə “Bayern” tamamlayıb.

Dördüncü yeri Premyer Liqanın lideri və Çempionlar Liqasının ümumi mərhələsini birinci yerdə başa vuran “Liverpul” tutub. İlk 5-liyi PSJ tamamlayıb.

İlk onluğa həmçinin, “İnter”, “Roma” (İtaliya), “Borussiya” (Dortmund, Almaniya), “Çelsi” (İngiltərə) və “Bayer” (Almaniya) daxil olub.

“Barselona” 11-ci, “Mançester Yunayted” 13-cü, “Arsenal” isə 14-cü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button