UEFA-nın yeni planı: ÇL və AL avqustda keçiriləcək
Koronavirus pandemiyası səbəbiylə dayandırılan UEFA Çempionlar Liqası və Avropa Liqası ilə bağlı daha bir plan məlum olub.
Komanda.az “Sky Sport İtaliya”ya istinadən xəbər verir ki, UEFA sözügedən iki turnirin avqust ayında keçirilməsini təklif edir. Əvvəlcə yerli liqaların tamamlanması, daha sonra UEFA turnirlərinin keçirilməsi düşünülür. Bu plan reallaşsa, ÇL və AL-də oyunlar üç gündən bir keçiriləcək. Çempionlar Liqası avqustun 7-də bərpa olunacaq və turnirin qalan bütün oyunları İstanbulda keçiriləcək. Yarışın final oyununun avqustun 29-da keçirilməsi düşünülür.
Avropa Liqasının qalan oyunları isə avqustun 2-3-də bərpa olunacaq və Qdanskda keçiriləcək. Yarışın yarımfinal oyunlarının 17-20 avqustda, final matçının isə avqustun 27-də keçirilməsi planlaşdırılır.
Bizi Facebook-da izləyin