Çempionlar Liqasının yeni formatına növbəti etiraz

UEFA və Avropa Klublar Birliyinin Çempionlar Liqası ilə bağlı hazırladığı yeni format etiraza səbəb olur.

Komanda.az xəbər verir ki, Avropada 35 ölkə çempionatının təmsilçisinin yer aldığı “The European Leagues” (Avropa Liqaları) təşkilatı UEFA ilə Varşavada bir araya gələrək, yeni formatı müzakirə edib. “The European Leagues” təşkilatının 13 nəfərlik heyəti yeni formatın sadəcə varlı bir neçə klubu daha da zənginləşdirəcəyini, digər liqaların və klubların zərər görəcəyini, bunun Avropa futboluna mənfi təsir göstərəcəyini bildirib.

UEFA və Avropa Klublar Birliyi yeni formatda 32 komandanın 8 qrupda yer almasını hədəfləmişdi. 2024-cü ildə başlaması planlaşdırılan bu formatda hər qrupun sonuncusu mübarizəni dayandırır, qalan 24 klubun yeri isə sabit qalacaqdı.

Bundan əvvəl də bir neçə ölkə bu formata qarşı çıxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button