Platini yenidən futbola qayıda bilər – cəzası bitdi
UEFA-nın sabiq prezidenti Mişel Platini yenidən futbola qayıda bilər.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, FİFA-nın Etika Komitəsi tərəfindən 2015-ci ildə futbolla bağlı fəaliyyətinə 4 illik qadağa qoyulan fransalı funksionerin cəzası bu gün başa çatıb.
Korrupsiyada şübhəli bilinən Platini həmin vaxt 8 illik cəza almışdı. Buna FİFA-nın sabiq prezidenti Yozef Blatterin təşkilatın vəsaitindən fransalının hesabına pul köçürməsi səbəb olmuşdu. Sonradan bu cəza 4 ilə qədər azaldılıb.
1972-87-ci illərdə futbolçu kimi “Nansi”, “Sent-Etyenn” və “Yuventus” klubları, həmçinin Fransa yığmasında oynamış Platini üç dəfə “qızıl top”a layiq görülüb. O, 2007-2015-ci illər aralığında UEFA-ya rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin