UEFA-nın rəhbəri “Real”ın prezidentini “axmaq” və “irqçi” adlandırıb
UEFA prezidenti Aleksander Çeferin İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubialeslə şəxsi söhbətində “Real”ın rəhbəri Florentino Peresi axmaq və irqçi adlandırıb.
Komanda.az xəbər verir ki, bu barədə “The Objective” məlumat yayıb.
Peresə ünvanlanan təhqirlər 6 dekabr 2019-cu ildə baş verib. Daha sonra Çeferin “Real”ın rəhbərinin Avropa Super Liqasının yaradılması təklifini açıq şəkildə tənqid edib. Həmin gün Rubiales Ceferinlə əlaqə saxlayıb və Peresin niyyətini müzakirə edib.
Dialoqdan o da məlum olub ki, Rubiales, Peres və “Barselona”nın keçmiş prezidenti Xosep Bartomeu La Liqanın rəhbəri Xavyer Tebasın yerinə namizəd tapmaq istəyiblər, lakin “Real”ın prezidenti tezliklə fikrini dəyişib.
“Mən onunla danışmaq istəmirəm. Bunu yalnız sizin üçün edəcəm. O, axmaq və irqçidir. Mənim xatirimə vəziyyəti sakitləşdirməyə ehtiyac yoxdur, buna ehtiyacım yoxdur. Güclü qalmağınıza ehtiyacım var”, – Ceferin Rubialeslə dialoq zamanı deyib.
2021-ci ilin aprelində 12 klub (“Real”, “Juventus”, “Barselona”, “Atletiko”, “Milan”, “İnter”, “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi”, “Liverpul”, “Tottenhem” və “Arsenal”) Avropa Super Liqasının yaradıldığını elan edib. Lakin sonradan bir çoxu bu ideyadan vaz keçib. UEFA-nın sanksiya hədəsindən sonra layihə ilə bağlı planlar dayandırılıb. 2021-ci ilin mayında Avropa Super Liqası UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham edib.
Dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib.
Bizi Facebook-da izləyin