AÇ-2020: “Futbol gözəldir və Eriksen də bu oyunu gözəl oynayır”
UEFA-nın prezidenti Aleksander Çeferin AÇ-2020-nin qrup mərhələsinin ilk turunun Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən danimarkalı futbolçu Kristian Eriksenlə bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Çeferin, UEFA-nın mətbuat xidməti vasitəsilə bunları deyib:
“Kristianın tez bir zamanda sağalmasını diləyirəm. Tanrıdan ailəsinə güc verməsi üçün dua edirəm. Belə zamanlarda futbol ailəsi o qədər güclü olur ki, hər kəs xoş duaları ilə dəstəyini nümayiş etdirir. İki komandanın azarkeşlərinin Eriksen üçün qışqırdığını gördüm. Futbol gözəldir və Eriksen də bu oyunu gözəl oynayır”.
Danimarka – Finlandiya matçının 42-ci dəqiqəsində huşunu itirən Eriksen meydanı xərəkdə tərk edib. Futbolçunun durumu hazırda yaxşıdır.
Bizi Facebook-da izləyin