UEFA-nın növbədənkənar iclası olacaq
UEFA İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək.
Komanda.az xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin Rusiya və Ukrayna arasında vəziyyətin inkişafını izləyərək, növbədənkənar iclas çağırıb. Bu barədə Avropa futbol qurumunun rəsmi “tvitter” hesabı məlumat yayıb.
Toplantı fevralın 25-də, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Məqsəd vəziyyəti qiymətləndirmək və bütün lazımi addımları atmaqdan ibarətdir.
Daha əvvəl Britaniya mətbuatı Rusiyanın Sankt-Peterburq şəhərindəki UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi hüququnu itirə biləcəyini yazmışdı.
Dünən gecə saatlarında Rusiya qoşunları Ukraynanı işğal məqsədi ilə hücuma keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin