UEFA Mahir Emrelinin klubunu cəzalandırdı
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) klubunu cəzalandırıb.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi Avropa Liqasında “Napoli”yə qarşı keçirilən oyunda (1:4) azarkeşlərinin priotexniki vasitələrdən istifadə etməsinə görə cəzalanıb.
UEFA “Legiya”nı 40 min avro məbləğində cərimələyib.
“Legiya” Avropa Liqasında qrup mərhələsini sonuncu sırada bitirb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin