UEFA-nın keçmiş prezidenti: “VAR hakimləri “öldürür”
UEFA-nın keçmiş prezidenti Mişel Platini futbolda VAR sisteminə qarşı çıxış edib.
Komanda.az “La Stampa”-ya istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu VAR sisteminin hakimləri “öldürdüyünü” deyib:
“VAR yalnız problemi dəyişdi, hər toxunuşu cərimə etdi. Hakimlər epizodları ekran qarşısında deyil, meydanda qiymətləndirməlidir. Mən yalnız qol və ofsayd aşkarlama texnologiyalarını dəstəkləyərdim.
VAR hakimləri “öldürür”. Ancaq geriyə dönüş yoxdur. Mən bu barədə illər əvvəl Jozef Blatterə (FİFA-nın keçmiş prezidenti) də demişdim. Biz futbolun ilk dövrlərində olduğu kimi, hakimlərsiz oynamağa başlayacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin