Platiniyə yeni vəzifə verildi
UEFA-nın keçmiş prezidenti Mişel Platininin yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə “France Press” agentliyi məlumat yayıb. Xəbərdə, 65 yaşlı funksionerin Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyasının prezidentinin müşaviri vəzifəsinə təyin olunduğu bildirilib.
FİFA-nın Etika Komitəsi tərəfindən 2015-ci ildə korrupsiyada ittiham olunduğu üçün Platininin futbolla bağlı fəaliyyətinə 4 illik qadağa qoyulmuşdu. Onun qadağasının müddəti ötən ilin avqustunda bitmişdi.
Platini 2007-2015-ci illərdə UEFA-ya başçılıq edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin