Platini azadlıqda: “Bütün suallara rahat şəkildə cavab verdim”

UEFA-nın keçmiş prezidenti Mişel Platini azadlığa buraxılıb.

Komanda.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.

Platini futbol üzrə 2022-ci il dünya çempionatının keçirilməsi yerinin seçkiləri zamanı korrupsiya işi üzrə saxlanılmışdı. Bir müddət polis nəzarətində qaldıqdan sonra azadlığa buraxılan Platini “France Presse”-ə açıqlama verib:

“Sorğu uzun oldu. Ancaq sual sayını nəzərə alsaq, daha uzun müddət ola bilərdi. Mənə AÇ-2016, Rusiyada keçirilən və Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatları və FİFA-nın fəaliyyətləri haqda suallar verdilər. Bütün suallara rahat şəkildə cavab verdim.”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button