UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
Komanda.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçirilən kurs ümumilikdə 3 gün davam edib.
Kursun son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim edilib. Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə birlikdə təqdim edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin