UEFA-nın AÇ-2028 planı

Futbol üzrə AÇ-2028-də iştirakçıların sayının 24-dən 32-yə yüksələcəyi, turnirin özünün isə ən azı 12 stadionda keçiriləcəyi gözlənilir.

Komanda.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, UEFA Böyük Britaniya və İrlandiyada keçirilməsi gözlənilən AÇ-2028-də komandaların sayını 24-dən 32-yə qaldırmağı planlaşdırır.

Xəbərdə bildirilir ki, qitənin ali futbol qurumu 55 üzv ölkədən 32-sini final mərhələsində görmək istəyir və bununla əlaqədar yerli federasiyalarla ilkin müzakirələr aparılıb.

İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının sədri Maeta Molanqa bu ideyaya qarşı çıxıb. Molanqa hesab edir ki, komanda sayının artması oyunların keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq:

“Biz ondan narahatıq ki, futbolçular hər şeyi ən sonda öyrənir. Son Avropa çempionatında çıxış edən futbolçuların çoxu İngiltərədə oynayır. Düşünürük ki, onlar mümkün müzakirələrdə fəal rol oynayacaqlar”.

UEFA məsələ ilə bağlı hələ ki, açıqlama verməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button