UEFA-nın “200 könüllü” axtarışı etiraza səbəb oldu
UEFA, Çempionlar Liqasının final matçının açılış mərasimində rəqs etmək üçün 200 könüllü axtarır.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, rəqs edənlərə bunu “həyatlarının şansı” kimi qeyd edən UEFA, gələcək könüllülərə 2 həftə müddətində hazırlıq keçəcək. UEFA-nın 200 könüllü axtarışı isə birmənalı qarşılanmayıb.
Beynəlxalq Rəqsçilər Birliyi, UEFA-nın bu qərarının əleyhinə çıxıb. Birliyin prezidenti Sezar Sezares, bunun könüllülük deyil, bir iş olduğunu deyib:
“Bu, könüllülük deyil, işdir. Necə rəqs edəcəyini bilən insanlar axtarırlar. 2 həftə hazırlıq keçiriləcək, sonra isə aralarında seçim ediləcək. Bunlar burda könüllülükdən danışmırlar, özlərinə işçi axtarırlar”.
UEFA Çempionlar Liqasının finalı iyunun 1-də, “Atletiko”nun stadionu “Vanda Metropolitano”da keçiriləcək.
Bizi Facebook-da izləyin