UEFA-nın 17-18 iyun iclası: Nələr müzakirə ediləcək?
UEFA İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyi məlum olub.
Komanda.az xəbər verir ki, iclas video-konfrans şəklində iki gündə – 17 və 18 iyunda keçiriləcək. İclasda 2020-2021-ci il mövsümündə avrokubokların təsnifat, pley-off və qrup mərhələlərinin zamanı müzakirə ediləcək. Bundan başqa, cari mövsümdə Çempionlar Liqası və Avropa Liqası oyunlarının keçiriləcəyi yer və vaxt da müzakirə ediləcək. Cari mövsümdə UEFA Gənclər Liqası və növbəti mövsüm üçün qadınlar üzrə Çempionlar Liqası oyunlarının da zamanı ilə bağlı danışıqlar aparılacaq.
İclasda milli komandaların oyunları, AÇ-2020 oyunlarının yeri və proqramı, 2020-21-ci il mövsümü üçün Millətlər Liqasının qrup mərhələsi, 21 yaşadək futbolçular üzrə Avropa çempionatının təqvimi və formatı da gündəliyin məsələlərinə daxildir.
İclasda futzal və DÇ-2022-nin seçmə mərhələsinin püşkatması da müzakirə ediləcək.
Bizi Facebook-da izləyin