UEFA “Neftçi”nin rəqibini cərimələdi

“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi – Bosniya və Herseqovinanın “Jelezniçar” klubu UEFA tərəfindən cərimələnib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Buna Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Belarus təmsilçisi “Dinamo” (Minsk) ilə ev oyununda azarkeşlərin pilləkənlərdə oturması səbəb olub. Fanatların bu davranışı sarayevoluların UEFA tərəfindən 8000 avro məbləğində cərimələnməsinə səbəb olub. “Jelezniçar” tamaşaçılardan “Neftçi” ilə keçiriləcək matçda eyni səhvi təkrarlamamağı xahiş edib.

Xatırladaq ki, “Neftçi”nin “Jelezniçar”la ilk oyunu sabah Sarayevodakı “Qrbavitsa” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button