UEFA Millətlər Liqasının daha bir oyunu təxirə salındı
Futbol üzrə UEFA Millətlər Liqasında daha bir oyun ləğv edilib.
Komanda.az xəbər verir ki, qrup mərhələsinin 6-cı turunun bu günə nəzərdə tutulan İsveçrə – Ukrayna matçı baş tutmayacaq.
Bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Görüşün ləğvinə koronavirus pandemiyasının səbəb olduğu diqqətə çatdırılıb. Məsələ burasındadır ki, Ukrayna millisinin 6 futbolçusunda yoluxma qeydə alınıb. Qarşılaşmanın taleyi ilə bağlı qərarı UEFA verəcək.
Ukrayna yığmasında koronavirus testi müsbət çıxan futbolçular Ruslan Malinovski, Sergey Krivtsov, Junior Moraes, Eduard Sobol, Yevgeni Makarenko və Dmitro Riznikdir. Onlardan başqa məşqçi İvan Baştovıda da koronavirus aşkarlanıb.
İsveçrə – Ukrayna oyunu bu gün keçirilməli idi. İki gün öncə Rumıniya – Norveç matçı da eyni səbəbdən təxirə salınmışdı.
Bizi Facebook-da izləyin