UEFA Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 3-cü turda Farer adaları ilə qarşılaşacaq.
Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq matçın start fiti saat 17:00-da səslənəcək. Oyunu Latviyadan olan hakimlər briqadası idarə edəcək. Görüşdə ədalət təmsilçisi Yelena Yermolayeva olacaq.
Azərbaycan millisi ilk iki turdan sonra 4 xalla qrupa liderlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin