UEFA Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri əsas rəqibləri Monteneqro ilə “Dalğa Arena”da qarşılaşacaqlar.
Ukraynalı hakim Anastasiya Romanyukun idarə edəcəyi oyun saat 16:00-da başlayacaq.
Yığma komanda 4-cü turun matçı ərəfəsində 7 xalla qrupda liderlik edir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var.
Azərbaycan millisi Monteneqronu səfərdə 1:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin