UEFA Millətlər Liqasının formatı dəyişdirilə bilər
UEFA Millətlər Liqasının formatında dəyişiklik edilə bilər.
Komanda.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun 47-ci Konqresində çıxışında deyib.
Sloveniyalı futbol funksioneri bildirib ki, UEFA Millətlər Liqasında təsnifat mərhələlərinin təşkili istisna deyil. Onun sözlərinə görə, 2024-cü ildən etibarən kişi və qadın futbolunda, eləcə də, Millətlər Liqasında seçmə mərhələ strukturları ilə bağlı müzakirələr aparılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin